Xəbərlər
Zəfərin mübarək, Azərbaycan

Zəfərin mübarək, Azərbaycan!
Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşkilatçılığı ilə Zəfər Bayramının 5 illiyi münasibətilə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirildi.
Tədbirdə Komitə sədri Kəmalə Səmədova, Göyçay Gənclər Evinin direktoru Fərid Əkbərov, müharibə iştirakçıları, qazilər və digər qonaqlar iştirak etdilər.
Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbir zamanı şeirlər, rəqslər, musiqi nömrələri təqdim olundu, qazilər öz xatirələrini bölüşdülər.
Bu gün bizə bu sevinci yaşadan qəhrəmanlara dərin minnətdarlıq və hörmət hissi ilə…
Yaşasın Azərbaycan! Yaşasın Zəfər!














