Xəbərlər
Zəfərin mübarək, Vətən oğlu!” adlı silsilə tədbirlər davam edir

Layihənin əsas məqsədi Vətən müharibəsi iştirakçısı olan müəllimlərlə görüşlər keçirmək, onların döyüş yolunu və qəhrəmanlıq nümunələrini gənc nəslə tanıtmaq, şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirməkdir.
Silsilə tədbirlər çərçivəsində Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində gənclərin çağırışaqədərki hazırlığı müəllimi vəzifəsində çalışan Vətən müharibəsi iştirakçısı Abdullayev Sədulla müəllimlə görüş keçirilib.
Görüşdə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Qarabağ müharibəsinin ilk günlərindən döyüş bölgələrində iştirak edən Sədulla müəllim 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə və xidmətlərinə görə orden və medallarla təltif olunub.
Hörmətli Sədulla müəllim!
Sizi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi adından 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik!








