Xəbərlər
ZƏFƏRİN RƏNGLƏRİ – QÜRURUMUZUN BOYALARI
03/11/2026, 09:47

8 Noyabr – Zəfər Günü münasibətilə Ağcabədi rayon Hindarx qəsəbə Q. Əliyev adına 3 nömrəli ümumi orta ümumtəhsil məktəbində vətənpərvərlik ruhunu əks etdirən rəngləmə fəaliyyəti təşkil olunub.
Məktəbin həmkarlar təşkilatının sədri Əliyeva Minarə müəllimin təşkilatçılığı, dil ədəbiyyat müəllimi Həsənova Nərgiz Xaqani qızının və şagirdlərin birgə təşəbbüsü ilə həyata keçirilən bu yaradıcı fəaliyyətdə şagirdlər tarixi Zəfərimizə olan sevgi və qürurlarını rənglər vasitəsilə ifadə ediblər.
Tədbir zamanı müəllimlər tərəfindən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, şagirdlər Vətən sevgisi, qəhrəmanlıq və Zəfər tariximiz haqqında fikirlərini bölüşüblər.






