Xəbərlər
Zəhmət dolu illərin sonu- 65 illik yubiley tədbiri keçirildi

Zəhmət dolu illərin sonu- 65 illik yubiley tədbiri keçirildi.
Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İ.Həsənov adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illər şərəflə çalışaraq əmək fəailiyyətini başa vurmuş, texniki işçi Xanəhmədova Rəfiqənin çalışmanın son yaş həddinə çatması münasibətilə 65 illik yubiley tədbiri keçirildi. Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsunin sədri Hafiz Kərimov , məktəb rəhbərliyi, kollektiv üzvləri iştirak etdilər.
İllər insan ömrünün ən gözəl xatirələrini özü ilə aparır. Yubilyar haqqında çıxış edən qonaqlar və kollektiv üzvləri Rəfiqə xanımın illər ərzində məktəbdə göstərdiyi zəhmət, məsuliyyət,səliqə sahman, məktəbin gigiyenasına can yandırması, səmimiyyəti və kollektivə olan xoş münasibəti hər zaman böyük hörmətlə xatırlanacağını bildirdilər. . Kövrək notlarla və böyük səmimiyyət hisslərilə keçirilən görüşdə yubilyar ona göstərilən bu diqqətə görə məktəb rəhbərliyinə, sektorun rəhbərinə və həmkarlar təşkilatına minətdarlığını bildirdi. Rəfiqə Xanəhmədova uzun illər təhsil sahəsində səmərəli fəailiyyətinə və yubiley yaşının tamam olması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.
Rəfiqə xanımı rayonun təhsil ictimaiyyəti adından çalışmanın son yaş həddinə çatması və yubiley yaşının tamam olması münasibətilə təbrik edir, möhkəm sağlamlıq və xoş istirahət arzulayırıq.









