Xəbərlər
Zəhmət və Fədakarlıqla Keçən Ömrün Yubileyi.

Göyçay rayonu Kürdşaban kənd tam orta ümumtəhsil məktəbində pedaqoji ictimaiyyət üçün əlamətdar bir gün yaşandı. Təhsilin inkişafına uzun illərini həsr etmiş, dəyərli müəllim və ictimai fəal Məmmədov Əfqan Əlisaab oğlunun 65 illik yubileyi münasibətilə yüksək səviyyədə tədbir təşkil olundu.
Tədbirdə Göyçay ETİHİ RK nümayəndəliyinin iştirakı yubileyə xüsusi dəyər qatdı. Çıxış edənlər Əfqan müəllimin illər boyu gənc nəslin formalaşmasında göstərdiyi fədakar xidmətlərdən, peşəsinə olan sevgisindən və həmkarları arasında qazandığı böyük hörmətdən bəhs etdilər.
Xüsusi olaraq vurğulandı ki, Əfqan müəllim məktəbdə ilk həmkarlar təşkilatının sədri olmuş, bu istiqamətdə əsaslı işlər görərək kollektivin birliyinin möhkəmlənməsində mühüm rol oynamışdır. Onun bu fəaliyyəti bu gün də örnək kimi xatırlanır.
Sonda Əfqan müəllimə səmimi təbriklər ünvanlandı, ona can sağlığı, ailə səadəti və uzun ömür arzulanıldı. Belə insanlar təhsilin səssiz qəhrəmanlarıdır — danışmasalar da, izləri həmişə görünür








