Xəbərlər
Zəhmətkeş yubilyarlar təbrik edildi
02/06/2026, 16:04

ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon Fərrux Mehdiyev adına Qaralar kənd tam orta məktəbinin müəllimləri Vəliyeva Ülkər İmamverdi qızı və Abbasova Reyhan İsmayıl qızının 60 illik yubileyi, məktəbin kitabxana müdiri Allahverdiyeva Bahar Mehbalı qızının isə 65 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, məktəbin direktoru Esmira Bayramova və məktəbin pedaqoji kollektivi iştirak etmişdir. Yubilyarların gənc nəslin təlim-tərbiyəsində göstərdiyi şərəfli və fədakar əməyi yüksək qiymətləndirilir, onlara gələcək fəaliyyətində yeni uğurlar arzu edirik. Tədbirin sonunda yubilyarlara Fəxri Fərman və mükafat təqdim olunmuşdur.









