Xəbərlər
Zəka və strategiya simvolu – Söhrab Murtuzov
31/01/2026, 12:39

Quba rayonu İdman Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şahmat müəllimi Murtuzov Söhrab Novruzəli oğlu 55 yaşını qeyd edir. O, əməkdar məşqçi və FİDE (Fédération Internationale des Échecs) hakimi kimi tanınır. Quba rayonunda şahmat zəka oyunun inkişafında onun xidmətləri danılmazdır. Söhrab Murtuzovun bir çox yetirmələri dünya və ölkə səviyyəli turnirlərdə yüksək nəticələr göstərmişlər. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsi adından hörmətli həmkar üzvümüz Söhrab Murtuzovu təbrik edir, ona yeni uğurlar və daha böyük nailiyyətlər arzulayır.





