“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Zəkaların mübarizəsi II” olimpiadasının regional mərhələsi keçirilib.

15/05/2026, 11:17
xeber1

21 aprel 2026-cı il tarixində Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində “Zəkaların mübarizəsi II” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi təşkil olunub.

Yarışda Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX, X və XI sinif şagirdlərindən ibarət 7 komanda iştirak edib. Gərgin və maraqlı atmosferdə baş tutan bilik yarışının yekununda Kürdəmir şəhərini təmsil edən komanda birinci yerə layiq görülərək respublika mərhələsində iştirak hüququ əldə edib.

Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadası şagirdlərin intellektual potensialının aşkara çıxarılması, onların müxtəlif sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Olimpiada həmçinin iştirakçıların komanda işi, ünsiyyət, liderlik, analitik və məntiqi düşünmə, planlaşdırma eləcə də strategiya qurma bacarıqlarını da stimullaşdırır. Bununla yanaşı, sağlam rəqabət və regionlararası əməkdaşlıq mühitinin formalaşmasına da töhfə verir.

Qeyd etmək istərdik ki, yarış çərçivəsində şagirdlər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər,mədəniyyət və incəsənət sahələri üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: