Xəbərlər
Zəkanın və Zəhmətin mükafatı

Yanvarın 26-da 2024–2025-ci tədris ili üzrə Respublika Fənn Müsabiqəsi və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında qalib olmuş Şəki rayonu məktəblilərinin mükafatlandırılması mərasimi keçirilib.
Şəki şəhər 14 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan mükafatlandırma mərasimində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov,İnzibati Təşkilat Sektorunun müdiri Rauf Əsədov,Şəki Rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev, məktəb direktorları,müəlllimlər,valideynlər və qalib şagirdlər iştirak ediblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxış edənlər qalibləri əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edərək, onlara növbəti olimpiada və müsabiqələrdə uğurlar arzulayıblar.
Qeyd edək ki,Şəki rayonu üzrə Respublika Fənn Müsabiqəsi və Olimpiadanın 15 nəfər qalibindən 13 nəfər Kimya-Biologiya təmayüllü Liseyin,1nəfər Şəki şəhər 5 nömrəli və 1 nəfər isə Şəki rayon Köbər Zəyzid kənd tam orta ümumtəhsil məktəbinin şagirdidir.
Sonda qaliblərə diplom,mükafat və ETİHİ Şəki Şəhər Komitəsinin hədiyyələri təqdim olunub.









