Xəbərlər
Zəlimxan kənd tam orta məktəbinin kollektivi ilə görüş.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin üzv təşkilatlarından olan Zəlimxan kənd tam orta məktəbinin kollektivi ilə səmimi və işgüzar görüş keçirildi. Görüş zamanı kollektivlə geniş fikir mübadiləsi aparıldı, onları maraqlandıran məsələlər dinlənildi və təkliflər qeydə alındı.
Məktəb kollektivi keçirilən görüşdən böyük məmnunluq ifadə edərək, bu cür görüşlərin mütəmadi təşkil olunmasının üzvlər arasında motivasiyanı daha da artırdığını vurğuladı.Kollektiv təhsil işçilərinə, təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etdilər.
Eyni zamanda bir il ərzində təhsil işçilərinə göstərilən diqqət və qayğıya, həyata keçirilən sosial layihələrə və görülən işlərə görə
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə dərin təşəkkürlərini bildirdilər.




