Xəbərlər
“Zəngilan fatehi” Səbuhi İsgəndərlinin anım günü qeyd olunub

DSX-nin Çevik Hərəkət Dəstəsinin şəhidi, “Zəngilan fatehi” Səbuhi İsgəndərlinin anım günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, MİHİ Şəki Rayon Komitəsinin sədri Nəzakət Əliyeva, Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, DSX-nin Şəki Sərhəd Dəstəsinin vəzifəli şəxsləri, təhsil və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb.Dövlət Himni səsləndirilib.
Çıxışları zamanı Ziyafət Xasiyeva, Vaqif Əhmədov və Daşqın Mikayılov və digərləri Səbuhi İsgəndərlinin Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan, Zəngilanın azadlığı uğrunda döyüşlərdə nümayiş etdirdiyi şücaətdən bəhs edərək onun əziz xatirəsinin daim ehtiramla yad edildiyini bildiriblər.







