“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zərdabda 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə intellektual yarış keçirilib

02/02/2026, 11:13
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsi tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc müəllimlər arasında intellektual yarış təşkil olunub.


Tədbirdə ETİHİ Zərdab Rayon Komitəsinin sədri Aqil Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin baş məsləhətçisi Məmmədalı Əhmədov, Zərdab şəhəri 1 nömrəli məktəb-liseyin direktoru Vüsalə Kərimova və digər qonaqlar iştirak ediblər. Çıxış edənlər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, gənc müəllimlərin təhsilin inkişafında rolundan bəhs edərək iştirakçılara uğurlar arzulayıblar.


30-a yaxın gənc müəllimin iştirakı ilə baş tutan yarışda Zərdab şəhəri 5 nömrəli ümumi orta məktəbin müəllimi Kamilə Məmmədli 1-ci, Kəndəbil kənd tam orta məktəbin müəllimi Elvina Bayramova 2-ci, Şəftəhal kənd tam orta məktəbin müəllimi Elmir Kərimli isə 3-cü yerə layiq görülüb. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: