Xəbərlər
Zərdabda həmkarlar ittifaqının iki əməkdaşı təqaüdə göndərilib
09/01/2026, 21:35

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsinin əməkdaşları — Məhbubə İbrahimova və Rahibə Mehrəlizadə uzunmüddətli əmək fəaliyyətlərinə görə təqaüdə göndəriliblər.
Bu münasibətlə Zərdab rayonu üzrə təhsil sektorunda təşkil olunmuş tədbirdə sektor müdiri Gülağa İsgəndərov və Rayon Komitəsinin sədri Aqil Məmmədov çıxış edərək göstərdikləri xidmətlərə görə onlara təşəkkür edib, cansağlığı və uğurlar arzulayıblar.
Hər iki əməkdaş həmkarlar ittifaqı sahəsindəki səmərəli fəaliyyətlərinə görə "Fəxri Fərman"la təltif olunublar.










