Xəbərlər
Zərdabda həmkarlar təşkilatı sədrləri üçün gəzinti turu təşkil olunub

Martın 27–28-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrinin ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri üçün Qubada yerləşən “Nazlı Bulaq” istirahət mərkəzinə gəzinti turu təşkil olunub.
Tur çərçivəsində iştirakçılar regionun zəngin təbiəti ilə yaxından tanış olub, füsunkar mənzərələrdən zövq alıblar.
İştirakçılar üçün müxtəlif istirahət və əyləncə proqramları təşkil edilib. Həmçinin onlar bir sıra turistik və tarixi məkanları, eləcə də Quba şəhərində yerləşən "Soyqırımı Memorial Kompleksi"ni ziyarət edərək bölgənin tarixi və mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər.
Sonda yaradılan şəraitə görə iştirakçılar həmkarlar ittifaqına minnətdarlıqlarını bildiriblər.








