“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zərdabda Novruz bayramı münasibətilə təhsil işçiləri üçün gəzinti turu təşkil edilib

16/03/2026, 16:56
xeber1

Martın 14-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Zərdab Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun bir qrup təhsil işçisi üçün Gəncə şəhərinə gəzinti turu təşkil edilib.


Tur çərçivəsində iştirakçılar şəhərin tarixi və memarlıq abidələri ilə yaxından tanış olublar. Onlar Gəncə Qala Qapıları, Şah Abbas Cümə Məscidi, Cavad xan türbəsi, Xan bağı, eləcə də Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər. Bundan əlavə, tur iştirakçıları Gəncə Memorial Kompleksinə baş çəkərək erməni terroru nəticəsində dağıdılmış yaşayış binalarının yerində yaradılan xatirə məkanı ilə tanış olublar.


Tədbir nahar və çay süfrəsi arxasında davam etdirilib. Tur iştirakçıları yaradılan şəraitə görə həmkarlar ittifaqına minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: