Xəbərlər
Zərdabda şəhid ailəsi üzvü olan qadın təhsil işçiləri ziyarət olunub
06/03/2026, 14:49

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təhsil sahəsində çalışan və şəhid ailəsi üzvü olan qadınların evlərinə ziyarət təşkil edilib.
Ziyarət tədbirində iştirak edən Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsinin sədri Aqil Məmmədov şəhid ailəsi üzvlərinə diqqət və qayğının cəmiyyətin hər bir üzvü üçün mənəvi borc olduğunu qeyd edib, onlara həmkarlar ittifaqı adından bayram hədiyyələri təqdim olunub.









