Xəbərlər
Zərdabda təhsil işçiləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər
20/01/2026, 11:35

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Zərdabda ümumrayon tədbiri keçirilib. Tədbirdə Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsinin sədri Aqil Məmmədov, həmçinin təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları 20 Yanvar faciəsi qurbanlarını dərin ehtiramla yad edib, Şəhidlərin Xatirə Parkındakı lövhə önünə gül dəstələri düzüblər.






