“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zərdabda təhsil işçiləri arasında şahmat yarışı keçirilib

12/03/2026, 21:05
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsinin təşkilatçılığı ilə 11-12 mart tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təhsil işçiləri arasında şahmat yarışı keçirilib.


Dairəvi sistem üzrə təşkil olunan yarışda Yarməmmədbağı kənd tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi Nurəddin Məmmədbəyli 1-ci, Zərdab şəhəri 1 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Aygün Muradzadə 2-ci, Zərdab şəhəri 1 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Rauf Rəhimov isə 3-cü yerə layiq görülüb.


Qaliblər ETİHİ Zərdab Rayon Komitəsi tərəfindən diplomlarla təltif olunub və hədiyyələrlə mükafatlandırılıblar.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: