Xəbərlər
Zərdabda təhsil işçiləri üçün gəzinti turlarına start verilib

ETİHİ Zərdab Rayon Komitəsinin dəstəyi ilə iyunun 14-də Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonu istiqamətində gəzinti turu təşkil olunub.
Tur çərçivəsində iştirakçılar bölgənin tarixi-mədəni abidələrini ziyarət edib, təbiətin füsunkar gözəlliyi ilə yaxından tanış olublar. Gəzinti proqramının məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin gücləndirilməsinə xidmət etməkdən ibarətdir.
İştirakçılar yaradılan şəraitə və göstərilən diqqətə görə AHİK və ETİHİ rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edirik ki, növbəlilik prinsipi əsasında bu cür turların rayonun digər təhsil müəssisələrində çalışan ittifaq üzvləri üçün də təşkili nəzərdə tutulur.






