“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zərdabda təhsil işçiləri üçün kütləvi gəzinti turları davam etdirilir

02/07/2026, 21:35
xeber1

ETİHİ Zərdab Rayon Komitəsinin dəstəyi ilə növbəti gəzinti turu iyulun 2-də Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün təşkil olunub.


Şəki rayonu istiqamətində təşkil edilən tur çərçivəsində iştirakçılar bölgənin tarixi-mədəni abidələrini ziyarət edib, təbiətin füsunkar gözəlliyi ilə yaxından tanış olublar. Gəzinti proqramının məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin gücləndirilməsinə xidmət etməkdən ibarətdir.


Qeyd edirik ki, növbəlilik prinsipi əsasında bu cür turların rayonun digər təhsil müəssisələrində çalışan ittifaq üzvləri üçün də təşkili nəzərdə tutulur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: