“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zərdabda təhsil işçiləri üçün növbəti gəzinti turu həyata keçirilib

21/06/2026, 21:44
xeber1

İyunun 21-də ETİHİ Zərdab Rayon Komitəsinin dəstəyi ilə Yarməmmədbağı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonu istiqamətində gəzinti turu təşkil olunub.


Tur çərçivəsində iştirakçılar bölgənin tarixi-mədəni abidələrini ziyarət edib, təbiətin füsunkar gözəlliyi ilə yaxından tanış olublar. Gəzinti proqramının məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin gücləndirilməsinə xidmət etməkdən ibarətdir.


İştirakçılar yaradılan şəraitə və göstərilən diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına (ETİHİ) təşəkkürlərini bildiriblər.


Qeyd edirik ki, növbəlilik prinsipi əsasında bu cür turların rayonun digər təhsil müəssisələrində çalışan ittifaq üzvləri üçün də təşkili nəzərdə tutulur.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: