Xəbərlər
Zərdabda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə intellektual yarış keçirilib

ETİHİ Zərdab Rayon Komitəsinin və Zərdab rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə təhsil işçiləri arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş intellektual yarış təşkil olunub.
Mayın 4-də S.Vurğun adına Qaravəlli kənd tam orta ümumtəhsil məktəbində start götürən yarışa rayon üzrə 30-dan artıq təhsil müəssisəsi qatılıb. Mayın 8-də keçirilən final mərhələsinin nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşib:
I yer — Zərdab şəhəri 1 nömrəli məktəb-lisey
II yer — Kəndəbil kənd tam orta ümumtəhsil məktəbi
III yer — Qoruqbağı kənd tam orta ümumtəhsil məktəbi
Sonda qalib komandalara ETİHİ Zərdab Rayon Komitəsi tərəfindən diplomlar, eləcə də kubok və medallar təqdim olunub.









