Xəbərlər
Zərdabın Məlikumudlu məktəbinin kollektivi üçün gəzinti turu təşkil edilib
03/07/2026, 21:31

ETİHİ Zərdab Rayon Komitəsinin dəstəyi ilə iyulun 3-də Məlikumudlu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün gəzinti turu təşkil olunub.
Qəbələ-İsmayıllı rayonları istiqamətində təşkil edilən tur çərçivəsində iştirakçılar bölgənin tarixi-mədəni abidələrini ziyarət edib, təbiətin füsunkar gözəlliyi ilə yaxından tanış olublar.
Gəzinti proqramının məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin gücləndirilməsinə xidmət etməkdən ibarətdir.
Qeyd edirik ki, növbəlilik prinsipi əsasında bu cür turların rayonun digər təhsil müəssisələrində çalışan ittifaq üzvləri üçün də təşkili nəzərdə tutulur.






