Xəbərlər
"Zərərli vərdişlərə son: İdmanla, elmlə irəliyə!" mövzusunda maarifləndirici görüş keçirilib

Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində İlk Həmkarlar Təşkilatının təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin iştirakı ilə "Zərərli vərdişlərə son: İdmanla, elmlə irəliyə!" mövzusunda maarifləndirici tədbir keçirilib
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin sağlam ruhda böyüməsi, şagirdlərin zərərli vərdişlərdən, xüsusilə narkomaniyanın fəsadlarından qorunması, cəmiyyətdə anti-narkotik təbliğatın gücləndirilməsi və yeniyetmələr arasında maarifləndirmə işlərinin artırılmasıdır.
Tədbirdə çıxış edənlər narkomaniyanın insan orqanizminə, mənəviyyatına və sosial həyatına vurduğu sağalmaz yaralardan bəhs edərək, bu bəlaya qarşı mübarizədə hər bir fərdin, xüsusən də təhsil ocaqlarının və gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar. Şagirdlərə asudə vaxtın verimli təşkili, idmana və elmə həvəsin artırılmasının zərərli vərdişlərdən uzaq durmaqda oynadığı mühüm rol xatırladılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı videoçarx nümayiş olunub və şagirdlərə sağlam həyat tərzini seçmələri tövsiyə edilib.






