Xəbərlər
Zərərli vərdişlərə yox deyək

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsi və Yevlax Şəhər Polis Şöbəsinin əməkdaşları, lX-Xl sinif şagirdləri və onların valideynləri iləmaarifləndirici görüş keçirilib.
Görüş zamanı şagirdlərə Polis Akademiyasının qəbul qaydaları, təhsil imkanları, Akademiyada yaradılmış maddi- texniki və sosial şərait haqqında ətraflı məlumat verilib.
Həmçinin gənclərlə gələcəkdə dövlətə və vətənə sədaqətlə xidmət etmək sağlam həyat tərzinə riayət etmək, vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmaq mövzusunda tövsiyələr verilib, fikir mübadiləsi aparılıb, məktəb rəhbərliyi, sinif rəhbərləri və məktəb psixoloqlarının iştirakı keçirilən görüşdə şagirdlər və valideynləri ilə zərərli vərdişlər, onların təhsilin və şagirdlərin inkişafına mənfi təsirləri barədə geniş söhbətlər aparılıb.












