“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zərifə Əliyevanın əziz xatirəsi daim qəlbimizdədir.

28/04/2026, 09:54
xeber1

Aprelin 28-də Azərbaycan tibb elminin parlaq nümayəndələrindən biri, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd olunur. Onun zəngin və mənalı həyat yolu tibb sahəsində çalışanlar, elmi fəaliyyətlə məşğul olanlar və bütövlükdə cəmiyyət üçün yüksək peşəkarlıq, humanizm və vətənpərvərlik nümunəsidir.

Zərifə xanım yalnız görkəmli alim kimi deyil, eyni zamanda dərin insani keyfiyyətlərə malik bir şəxsiyyət kimi yadda qalıb. O, qayğıkeş ana, sadiq ömür-gün yoldaşı, insanlara sevgi və mərhəmətlə yanaşan nəcib bir ziyalı idi. Onun həyat fəlsəfəsi və fəaliyyət prinsipləri bu gün də bir çoxları üçün örnək olaraq qalır və xatirəsi daim ehtiramla yad edilir.

Sosial şəbəkələrdə paylaş: