“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ziyayılığın, elmin və söz sənətinin işığında-Mahirə Nağıqızı

04/11/2026, 11:14
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru,  görkəmli alim, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, şairə Mahirə Nağı qızı  Hüseynovanın 4 noyabr – doğum günüdür.

     Uzun illərdir Azərbaycan elminin, təhsilinin və ədəbiyyatının inkişafına dəyərli töhfələr verən Mahirə Nağıqızı zəngin elmi yaradıcılığı, yüksək pedaqoji fəaliyyəti, çoxşaxəli ictimai fəaliyyəti və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətindəki xidmətləri ilə seçilən ziyalılarımızdandır.

   Onun alim, pedaqoq və şair kimi qazandığı uğurlar, yetişdirdiyi tələbələr, elmi-pedaqoji fəaliyyəti və universitet həyatında tutduğu mövqe Azərbaycan təhsilinə xidmətin parlaq nümunəsidir.

   Bu əlamətdar gün münasibətilə Universitet Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri professor Mahirə Nağıqızını ziyarət edərək onu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik etmiş, ona gül dəstəsi təqdim edərək xoş

arzularını çatdırmışlar.

     Həmkarlar İttifaqı Komitəsi professor Mahirə Nağı qızı Hüseynovaya möhkəm cansağlığı, uzun ömür, elmi və yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər, tükənməz enerji və uğurlar arzulayır.

     Doğum gününüz mübarək, dəyərli Mahirə xanım!

Sosial şəbəkələrdə paylaş: