Xəbərlər
Zoom platforması vasitəsilə görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarında fəaliyyət göstərən ilk həmkarlar təşkilatlarının sədrləri ilə onlayn qaydada, Zoom platforması vasitəsilə görüş keçirilib.
Görüşün məqsədi həmkarlar sədrləri ilə qarşıda duran məsələlərin müzakirəsi, onların hər zaman ilk həmkar təşkilatının sədri kimi üzvlərin hüquq və mənafelərinin, sosial hüquqlarının müdafiəsində fəal mövqe tutmalarının vacibliyinin vurğulanması, həmçinin Əmək Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı yeni məlumatların çatdırılması olub. Keçirilən görüş ilk həmkarlar təşkilatlarının sədrləri tərəfindən məmnunluqla qarşılanıb və belə görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi qeyd edilib.





